Axtarış

Bilirsinizmi ... ?

                                                         Məntiqi Suallar

1. Gözəl gözəldir, yoxsa qəşəng?
2. Oturmaq və əyləşmək eynidirmi?
3. Alimdən soruşurlar: " Siz niyə az danışır, çox qulaq asırsınız? " Sizcə alimin cavabı necə olar?
4. İşıq var, yoxsa qaranlıq?
5. Qənd niyə suda batmır?
6. Lövhəni pozurlar, yoxsa silirlər?
7. Mirvari nədir?
8. Ən az əhalisi olan xalq hansıdır?
9. Eksperment, təcrübə, müşahidə. Bu sözlər arasında nə kimi əlaqə var?
10. Gözləri kor olan insan baxa bilmədiyi üçün görmür, yoxsa görə bilmədiyi üçün baxmır?
11. Gözlə görünən ən böyük hüceyrə nədir?
12. Dodaqlanan samitlər hansılardır?
13. Azərbaycan bayrağındakı qırmızı rəng digərlərinin neçə hissəsidir?
14. Hansı ölkə Eynşteynə prezidentlik təklif edib?
15. Nöqtə nə vaxt durğu işarəsi hesab olunmur?
Sualların cavabları şərhlər yazıldıqdan sonra bloqda yerləşdiriləcək. 


                                         Mənalı sözlər
     
          1. Bilikli adam kitabı oxumur, onu tədqiq edir. L.Vovenarq
      2. Ən güclü insan özünü idarə etməyi bacaran insandır.
      3. Ağıllı adam öz səhvini düzəltməyə çalışır, axmaq isə axıracan səhvi üzərində düşünür.
      4. O torpağı ki qoruya bilmədin, onu əkib-becərməyə dəyməz, o torpağı ki əkib-becərmədin, onu qorumağa dəyməz. Anar
     5. Elminə əməl etməyən alim əlində çıraq gəzdirən kora bənzər.
      6. Mənim hansı məşəqqətlərdən keçib sənətin zirvəsinə qalxdığımı bilsəydiniz, əsərlərimi görərkən heyrət etməzdiniz. Mikelancelo
      7. Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar. J.Kopp
      8. Ya heç nə etməyin, ya da axıracan edin. P.Ovidi
      9. Yüksəyə qalxmaq istəyirsənsə lap aşağıdan başlamalısan. Y.Simonis
     10. Az bilib çox danışan bədxərclik edən kasıba oxşayır. Napoleon
     11. Ən böyük dostluqlar ortaq olduqları şeylər üzərində yox, ortaq olmadıqları şeylər üzərində yarananlardır.
     12. İnsanların düzəltdiyi saxta pullardan çox, pulların düzəltdiyi saxta insanlar çoxdur.
     13. Müvəffəqiyyət doğru qərarlar əsasında, doğru qərarlar təcrübə əsasında, təcrübə isə səhv qərarlar əsasında yaranır.
     14. Cəsarətin qurtardığı yerdə əsarət başlar.
     15. İnsanın səadət qədər fəlakətə də ehtiyacı var.
     
     
                                                              Maraqlı Suallar
    1. Dünyanın ən buludlu şəhəri hansıdır?
      2. Müasir dövrdə hansı məktəb ləvazimatının hazırlanmasında kartofdan istifadə edilir?
      3. Qədimdə oxun ucuna nə üçün qırmızı lent bağlanırdı?
      4. Dünyada ən güclü külək harada əsir?
      5. Qurani Kərim neçə ilə tamamlanıb?
      6. Amerikada Demokratlar partiyasının rəmzi hansı heyvandır?
      7. Özü yarımadada, paytaxtı isə adada olan ölkə hansıdır?
      8. Futbol üzrə ilk dünya çempionu hansı ölkə olub?
      9. Dünyanın ən balaca quşu hansıdır?
     10. Afrikada 2 şəhərdə var,
            Bakıda 20-dən çox var,
            Londonda çox bahadır,
            Bu adda şokolad var
            Bu nədir?
     11. Yunanıstanda güllər ilahəsinin adı nədir?
     12. Azərbaycanın hansı rayonunda Lüksemburq adında kənd var?
     13. Ən böyük giləmeyvə hansıdır?
     14. Palçıq vulkanlarının ən çox yayıldığı ölkə və şəhər haradır?
     15. 2010-cu il iyunun 31-də Bakıda hansı mühüm hadisə olmuşdur?
     Sualların cavabları şərhlər yazıldıqdan sonra bloqda yerləşdiriləcək.

Bilmədiklərimiz
    
    1. İlk paroxod Hudzon çayında üzüb.
      2. Mirvarini ilk dəfə süni halda Yaponiyada yetişdiriblər.
      3. Jenşen bitkisi meşə bitkilərinin şahı hesab olunur.
      4. "Çay" heroqlifinin ikinci mənası gümrahlıqdır.
      5. Dünyanın ən böyük quşu Afrika dəvəquşudur.
      6. Ən çox dişləri olan canlı ilbizdir. Onun on yeddi min yüz yetmiş dörd dişciyi olur.
      7.Qarışqa yer üzərində yeganə canlıdır ki, öz kütləsindən 600 dəfə ağır yük daşıya bilir.
                                    



8 комментариев:

  1. Lüksemburq kəndi Azərbaycanın Göygöl (keçmiş Xanlar)rayonundadır. Yadıma gəlir tarix dərsində keçmişik. Deyəsən II Yekaterinanın vaxtında almanlar ora sürgün olub. O vaxtdan da adı Lüksemburq qalıb.

    ОтветитьУдалить
    Ответы
    1. Amma bizdə olan məlumata görə Lüksemburq kəndi Samux rayonundadır.

      Удалить
    2. Düzdür, Qumral. Mən bir daha dəqiqləşdirdim. http://az.wikipedia.org/wiki/L%C3%BCksemburq_(Samux)

      Удалить
  2. Afərin, qızlar ! Bloqunuzun ziyarətçilərinin sayını necə artırmaq lazım olduğunu bilirsiniz. Sizə müsabiqədə qələbə arzulayıram.
    Azərbaycan bayrağıdakı qırmızı rəng digər rənglərin yarısıdır, yəni ikidə bir hissəsidir. :)

    ОтветитьУдалить
    Ответы
    1. Çox sağolun Mənzər xanım! Dəstəyinizə görə sizə minnətdarıq. Lakin bu sualın cavabı dörddə bir olmalıdır. Çünki Azərbaycan bayrağında dörd rəng var:göy, qırmızı, yaşıl və ağ( ay və ulduz ağ rəngdədir). Və qırmızı rəng də bu dörd rəngin bir hissəsidir. Cavab: Qırmızı rəng digər rənglərin dörddə bir hissəsidir.

      Удалить
    2. Maraqlıdır, mən üçdə bir hissəsi bilirdim.

      Удалить
  3. Qızlar, sizinlə mübahisə etmək istəyirəm. Sual belədir: Azərbaycan bayrağındakı qırmızı rəng digərlərinin neçə hissəsidir? Rənglərin sayını 3 götürsək (göy, qırmızı, yaşıl) və nəzərə alsaq ki, qırmızı rəngdən fərqli rənglərin sayı 2-dir( göy, yaşıl, onda qırmızı rəng (yəni 1 rəng)qalan rənglərin (yəni 2 rəngin )yarısı qədərdir. Deməli ikidə bir.
    Əgər bayraqdakı rənglərin sayını 4 götürsək, onda 1 rənq digər 3 rəngin üçdə biri olacaq.

    Sizin cavab isə belə sualın cavabıdır: Azərbaycan bayrağındakı qırmızı rəng bayraqdakı bütün rənglərin neçə hissəsidir?
    Hələlik :-)

    ОтветитьУдалить