Axtarış

INEPO 2012

Son zamanlarda həm Azərbaycanda, həm də dünyada getdikcə artmaqda olan ekoloji problemlərin qarşısını almaq üçün hər il olduğu kimi bu il də VI Beynəlxalq Ətraf Mühitin Mühafizəsi olimpiadası təşkil olundu. Bu müsabiqə aprel ayının 4-8 tarixlərində 42 ölkənin nümayəndələri arasında keçirildi. Bu ölkələr arasında Azərbaycan təmsilçiləri ilə yanaşı Türkmənistanın, Türkiyənin, Polşanın, Nigeriyanın və başqa ölkələrin təmsilçiləri də iştirak edirdi. VI Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə olimpiadasında 8a sinif şagirdi Həbibbəyli Qumral və 9a sinif şagridi Abbaszadə Hafizə "XXI Əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzini “Təbiətin Xilaskarı-İnsan” adlı layihə ilə təmsil edirdilər. Mərkəzimizin şagirdləri ekoloji problemlərin qarşısını almaq üçün ekoloji cəhətdən təmiz bir şəhər maketi yaratmışdılar. Şagirdlərimizin bu layihəsi insanların böyük marağına səbəb olmuşdur. Onlar bu layihədə insanların sağlam həyat tərzində yaşaması üçün bir sıra yeniliklər etmişdilər. Və aprel ayının 7-si Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan mükafatlandırma mərasimində Mərkəzimizin şagirdləri bürünc medalla təltif olundular.
Təbrik edirik!
Siz Beynəlxalq İnepo Layihəsi ilə bağlı yenilikləri buradan əldə edə bilərsiniz.
http://www.inepo-euroasia.com/

                  VI Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Olimpiadasından görüntülər
                                   

















2 комментария:

  1. İnepo layihəsi həqiqətən də çox maraqlı və fərqli bir layihədir. Və burada iştirak etmək bizim üçün çox önəmli idi. Sözün əsl mənasında bu layihə bizim üçün çox maraqlı oldu. İnepo layihəsi çərçivəsində biz yeni biliklər əldə etdik, başqa ölkələrin mədəniyyətləri ilə tanış olduq. Əlbəttə ki, bir daha bu layihədə iştirak etməyi çox istəyərik.

    ОтветитьУдалить
  2. Təbrik edirəm sizi, inşallah gələn il Qızıl medala layiq görülərsiz.

    ОтветитьУдалить