Axtarış

Məktəb kitabxanası


XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin kitabxanası, mərkəz fəaliyyət göstərdiyi gündən yaranıb. Kitabxana zəngin informasiya resurs bazasına malikdir.
Mərkəzin kitabxanasının məqsədi öz fondunu daima azərbaycan, rus, ingilis və digər dillərdə yeni çıxan ədəbiyyatlarla, kitablar, jurnallar, qəzetlər, audiovizual vəsaitlər, xəritələr, əyani vəsaitlərlə zənginləşdirmək, şagirdlərin müstəqil inkişaf meyllərini inkişaf etdirməkdə onlara kömək etməkdir.
Kitabxanamızdan istifadə etmək üçün mərkəzin şagirdi, müəllimi, ümumiyyətlə əməkdaşımız olmağınız kifayətdir. Bunun üçün hər bir yeni oxucu kitabxanaçıya yaxınlaşıb qeydiyyatdan keçməlidir. Kitabxana daxilində istifadəyə verilən materiallar, yəni lüğətlər və ensiklopediyalar istisna olmaqla oxucular digər materialları kitabxanadan götürə bilərlər. Kitabxana daxilində istifadəsi mümkün olmayan materialların isə kitabxanada üzünü çıxarıb istifadə etmək olar.
Kitabxanada eyni zamanda görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı sərgilər nümayiş olunur və şagirdlərin mütaliəyə marağını artırmaq üçün kitabxana saaatları təşkil edirik.  Bu  da şagirdlərin bədii təfəkkürünü formalaşdırmasına  çox böyük kömək edir.
Ağamalıyeva Şəfəq
Nəzərəliyev Elnur

Bu slayd şou photopeach servisdə hazırlanıb.

Комментариев нет:

Отправить комментарий