Ünvan: Azərbaycan, Bakı şəhəri, İnşaatşılar pr.30 / AZ 1065
Telefon: (+99412) 510 02 05, (+99412) 510 02 07
Email: project@21century.edu.az
17 may, 2012
"İlin Şagirdi" Müsabiqəsi
“İlin Şagirdi” layihəsi 2007 – ci ildə keçirilən Pedaqoji Şurada qəbul olunub. 2007/2008-ci tədris ilindən başlayaraq bu müsabiqə keçirilməyə başladı.
Müsabiqənin keçiirlməsində əsas məqsəd istedadlı, bacarıqlı uşaqların aşkar edilməsi, müəllimlər, valideynlər və sinif yoldaşları tərəfindən onlara dəstək və ruh yüksəkliyi verilməsi, intellektual bacarıqların aşkar edilməsi və imkişaf etdirilməsidir.
Müsabiqə tarixində qalib olan şagirdlər:
2007-2008 – İsgəndərov İsrafil Fikrət oğlu
2008-2009 – (I-IV sinif) İbrahimov Ayxan Zaur oğlu
2008-2009 – (V- XI) Abbaszadə Hafizə Ceyhun qızı
2009-2010 – (I- IV) Hacıyeva Nailə İlham qızı
2009- 2010 – (V-XI) Rzayeva Ləman İrşad qızı
2010- 2011- (I-IV) Qədimova Cəmilə Pərviz qızı
2010-2011- (V-XI) Süleymanova Afina Rasim qızı
Müsabiqənin iştirakçıları məktəbin bütün 2,3,4 – cü sinif şagirdləridir.
Oktyabr ayının sonunda şagirdlərə müsabiqənin noyabrda başlanacağı elan olunur.
Müsabiqə 3 mərhələdən ibarətdir.
I Mərhələ: Şagirdlərin “Mənim sevimli şəhərim” mövzusunda əl işləri 01.11.11- 01.12.11 tarixləri arası keçirilir. Təqdim olunan işlərə verilən maksimal bal - 100 bal.
II Mərhələ: “Bilik fabriki” adlı bu mərhələdə olimpiada səviyyəsində tapşırıqlar yerinə yetirilir. Sınaq fevral ayında 2 gün müddətində keçirilir. Maksimal bal 100 bal.
III Mərhələ: Son tura keçən şagird 10 gün müddətində 3-4 dəqiqəlik “Mən xoşbəxtəm, çünki ...” mövzusunda təqdimat hazırlayıb, onun nitqi ilə münsiflər heyəti qarşısında təqdim edir.
Bu mərhələ 10.04.12 – 10.05.12 –ci il tarixləri arasında keçirilir.
Mərhələyə həmçinin şagirdin fiziki tərbiyəyə aid sınaqdan keçirilməyi, psixoloji testləri yerinə yetirməyi də daxildir.
Qalibin elan edilməsi - 1 İYUN
“İntellekT” texnologiyası
“İntellekT” tədris texnologiyası 20 ildən artıqdır ki, yaranıb. Əsası pedaqoji elmlər namizədi Ziqanov Marat Aleksandroviç tərəfindən qoyulmuşdur.
2003- cü ildən etibarən "XXI ƏSR" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi “İntellekT” proqramının Azərbaycandakı rəsmi distribütorudur.
"XXI" ƏSR BTİM – in şagirdləri 2005- ci ildən Moskva şəhərinin Lomonosov məktəbi tərəfindən keçirilən “İntellekT” olimpiadasının iştirakçıları və mükafatçılarıdır.
2008-ci ildə Mərkəzimizdə Bakı şəhəri üzrə beş məktəb və Riqa şəhərinin “Maksima” gimnaziyasının iştirakı ilə I şəhər “İntellektual Marafonu” keçirilmişdir.
İstedadlı uşaqların aşkar və inkişaf etdirilməsinə dair Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsaslanaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə 2009-cu ildə "XXI" ƏSR BTİM-də “İntellekt Marafonu” təşkil olundu.
2010-cu ildə Bakı şəhəri üzrə iki minə yaxın məktəblinin iştirak etdiyi “İntellektual Marafon -2010”həyata keçirilmişdir.
“İntellekT” texnologiyası XXI ƏSR BTİM-in təlim prosesinə ayrıca bir fənn kimi daxil edilmişdir.
Məqsədlərə aşağıdakı vəzifələri yerinə yetirməklə nail olunur:
- Təcrübədə tətbiq etmək məqsədilə şifahi və yazılı nitqi yadda saxlamaq qabiliyyətinin inkişaf etdirilməsi
- Diqqətin müxtəlif xüsusiyyətlərinin inkişafı : diqqətin seçiciliyi, keçirilməsi, davamlılığı və s.
- Təfəkkürün inkişafı : təhlil, tərkib, müqayisə, qarşılıqlı təsirin üzə çıxarılması
- Obraz yaratmaq, onların fikrində müəyyən müddət saxlamaq və onlarla müxtəlif manipulyasiyalar etmək bacarığı
- Fənlər üzrə tezaurusun formalaşdırılması
- Məhsuldar oxu vərdişlərinin inkişaf etdirilməsi
- Dinlənilən mətnlərin məhsuldar mənimsənilməsinin inkişafı
- Məktəb proqramının əsas fənləri üzrə fikri yazılı ifadə etmək vərdişlərinin formalaşdırılması
Məktəbimiz Dickens - 2012 layihəsinin iştirakçısı olmuşdur. Layihədə məktəbimizi 8r və 7a sinif şagirdlərindən ibarət yaradıcı qrup təmsil etmişdir. Onların hazırladığı klip videoklip yarışmasında 2-ci yerə layiq görülmüşdür. Onlar kubok və hədiyyələrlə təltif olundular. Mərasimdə Azərbaycan Respublikası Təhsil Naziri Misir Mərdanov, Britaniya Şurasının Direktoru Pol Klemenson, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Mərasimdən görüntüləri təqdim edirik.
1 İYUN - UŞAQLARI BEYNƏLXALQ MÜDAFİƏ GÜNÜ
Bu gün məktəbin akt zalında 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə maraqlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Vəfa xanım açdı. O, uşaqları bayram münasibətilə təbrik etdi, dərs ilini başa vurmaları münasibətilə onlara uğurlar arzuladı.
İl ərzində müsabiqələrdə, beynəlxalq və respublika olimpiadalarında nailiyyətlər qazanmış şagirdlər diplomlar və sertifikatlarla mükafatlandırıldılar. Sonra məktəbin şagirdlərinin çıxışları başlandı. Rəngarəng rəqslər, mahnılar alqışlarla qarşılandı. Bu çıxışlardan görüntüləri bloq oxucularına veb 2 alətlərindən birində təqdim edəcəyik. Amma hələ tam hazır deyil deyə oxucularımızı bir az intizarda saxlamalı olacayıq.
Ən nəhayət hamının səbirsizliklə gözlədiyi "İlin Şagirdi - 2012" müsabiqəsinə yekun vuruldu. İlin şagirdi adını məktəbin vitse prezidenti Səbinə Qaraşova elan etdi.
Bu ada 2-ci sinif şagirdi Aylin İsmayılova layiq görüldü. Bu mövzuda görüntüləri də yaxın günlərdə yerləşdirəcəyik. Ona görə də bir az səbirli olun. Bizə belə gəlir ki, təqdim edəcəyimiz bu servis də sizin marağınıza səbəb olacaq.
Odur ki, bloqu izləməyi davam edin.
Bu ada 2-ci sinif şagirdi Aylin İsmayılova layiq görüldü. Bu mövzuda görüntüləri də yaxın günlərdə yerləşdirəcəyik. Ona görə də bir az səbirli olun. Bizə belə gəlir ki, təqdim edəcəyimiz bu servis də sizin marağınıza səbəb olacaq.
15.06.2012
Hamını bir daha salamlayırıq. Bilirik ki, Sizləri intizarda çox saxlamışıq. Nəhayət bu intizara son qoymaq istəriyik. Öncədən qeyd etdiyimiz kimi, Sizə söz vermişdik ki, yeni Veb 2 alətində tədbirdən görüntüləri təqdim edəcəyik. Bu Veb 2 aləti PhotoSnack adlanır. Ümid edirik ki, digər Veb 2 alətləri kimi bu alət də Sizlərin marağına səbəb olacaq.
Hamını bir daha salamlayırıq. Bilirik ki, Sizləri intizarda çox saxlamışıq. Nəhayət bu intizara son qoymaq istəriyik. Öncədən qeyd etdiyimiz kimi, Sizə söz vermişdik ki, yeni Veb 2 alətində tədbirdən görüntüləri təqdim edəcəyik. Bu Veb 2 aləti PhotoSnack adlanır. Ümid edirik ki, digər Veb 2 alətləri kimi bu alət də Sizlərin marağına səbəb olacaq.
İlin Şagirdi - 2012 - Aylin İsmayılova
Комментариев нет:
Отправить комментарий