Axtarış

вторник, 8 мая 2012 г.

Siz Gülnaz və Qumralın personal bloquna daxil olmusuz. 

Xoş gördük hamınızı. 

Bloq geniş internet istifadəçiləri üçün nəzərdə tutulmuşdur və Veb 2 texnologiyaları əsasında yaradılmışdır. Veb 2 alətləri üçün biz xüsusi səhifə ayırmışıq. Bu alətlərlə siz burada tanış ola bilərsiniz. Bu gün internetin populyarlığı, üstünlüyü və müsbət cəhətləri göz qabağındadır. Lakin təhlükəli məqamlar da kifayət qədərdir. Ona görə də hər bir internet istifadəçisi internetdən maksimum dərəcədə şüurlu surətdə istifadə etməlidir. Nümunə olaraq biz bu bloqu yaratmışıq.
İndi isə gəlin əvvəlcə tanış olaq. Biz "21 Əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində, 8-ci sinifdə təhsil alırıq. İnformatika dərsində hər dəfə yeni bir veb aləti ilə tanış oluruq. İnternetdə axtarış edərkən müsabiqə haqqında informasiya əldə etdik. Və fikirləşdik bu servisləri bir topluda cəmləşdirək və həmyaşıdlarımızla paylaşaq. Bu işdə bizə dəstək olan müəllimimizə öz dərin minnətdarlığımızı bildiririk.
Onu da qeyd edək ki, bloqda istifadə edilən bütün fotolar sinif yoldaşımız Fəridə tərəfindən çəkilib.  Digər sinif yoldaşlarımız haqqında ətraflı Sinfimiz səhifəsində tanış ola bilərsiz.
Yaddan çıxartmayın səhifə daim yenilənir.  

01.06.2012




Dünyadakı bir çox ölkələr, hətta bütün ölkələr öz ölkəsini, mədəniyyətini, tarixini  hamıya tanıtmaq istəyir. Bu ölkələrdən biri də Azərbaycandır. Əlbəttə ki, bunun bir çox üsulları vardır. Bunlardan biri də “Beynəlxalq Iearn Layihəsi” dir. Bu layihədə şagirdlər həm  öz ölkələri haqqında, həm də başqa mövzular haqqında material hazırlaya bilərlər. “Beynəlxalq Iearn Layihəsi”ndə 100-dən çox ölkə iştirak edir. Bu ölkələrdən biri də Azərbaycandır.
Bu layihədə hər bir ölkənin öz qrupu olur. Və həmin qrupa daxil olan iştirakçılar öz təqdimatlarını, videolarını, məlumatlarını səhifələrində yerləşdirirlər. Bu layihədəki  bütün məlumatlar, videolar, təqdimatlar ingilis dilində hazırlanır. Və onu da xüsusi vurğulamaq lazımdır ki, şagirdlər tərəfindən hazırlanan məlumatlar müəllimlərin köməyi ilə öz səhifələrində yerləşdirilir. Bundan sonra isə müxtəlif ölkələrin iştirakçıları hər bir təqdimata öz rəylərini bildirirlər.
Bu layihənin koordinatoru Kris Bayerdir (Chris Baer). O, əslən amerikalıdır. Kris Bayer bizə layihə ilə bağlı yeniliklər haqqında məlumat və elanlar göndərir.  Və ən əsası da odur ki, o, bizi həmişə dəstəkləyir.
 Artıq 4 ildir ki, bizim məktəbimiz də  bu layihədə uğurla iştirak edir. Bu il isə  “Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ni bu layihədə  8a sinif şagirdləri Məryam Ədilxanova və mən (Qumral Həbibbəyli)  təmsil edirik. Bu il biz Azərbaycanın dahi şəxsiyyətlərindən biri olan Lütfi Zadə haqqında təqdimat hazırlamışıq.  Bizim bu təqdimatımızda Lütfi Zadə və onun “Qeyri-səlis məntiq“ nəzəriyyəsi öz əksini tapmışdır.
Səhifə ilə tam burada tanış ola bilərsiniz.